AZ

Türkiyə strateji neft ehtiyatlarını bazara çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə strateji neft ehtiyatlarını bazara çıxarır.

Banco.azxəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) “Fövqəladə Hallar üzrə Fəaliyyət Planı”nı tətbiq etməsindən sonra Türkiyə də strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq qərarı qəbul edib.

Enerji Bazarına Nəzarət Qurumunun (“EPDK”) rəsmi internet səhifəsində yayımlanan açıqlamaya əsasən, neft emalı və yanacaq paylanması lisenziyasına malik şirkətlərin saxlamaqla öhdəlik daşıdıqları məcburi neft ehtiyatlarının müəyyən hissəsindən müvəqqəti olaraq bazar fəaliyyətlərində istifadə edilə biləcək.

Qərara əsasən, şirkətlər 13–31 mart tarixləri arasında məcburi neft ehtiyatlarının 46 faizinə, 1 aprel–10 iyun dövründə isə 42 faizinə bərabər olan həcmi bazara təqdim edə biləcəklər.

Tənzimləmə çərçivəsində 11 iyun tarixindən etibarən neft emalı və paylama lisenziyasına malik subyektlərin qərardan əvvəl qüvvədə olan minimum məcburi neft ehtiyatı səviyyəsini yenidən təmin etmə öhdəliyi qüvvədə qalacaq.

Qəbul edilmiş qərar qlobal enerji bazarlarında təchizat təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə strateji neft ehtiyatlarının müvəqqəti olaraq bazara yönəldilməsinə imkan yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
99
banco.az

1Mənbələr