AZ

Almaniyada “Lufthansa” pilotları iki günlük tətilə başladı


“Lufthansa” pilotları iki günlük tətilə başlayıblar və bu, təxminən 600 reysə təsir göstərə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Pilotlar və stüardessalar həmkarlar ittifaqı olan “Vereinigung Cockpit”in məlumatına görə, şirkət tətilin hər günündə 300 uçuş həyata keçirə bilməyəcək. Lakin aviaşirkət tətilə baxmayaraq uçuşlarının ən azı yarısını və uzun məsafəli uçuşlarının 60%-ə qədərini planlaşdırıldığı kimi həyata keçirəcəyinə söz verir. Bu məqsədlə daha böyük təyyarələr, eləcə də tətildən təsirlənməyən üLufthansa” qrup aviaşirkətlərinin resursları səfərbər olunacaq.
Çərşənbə axşamı həmkarlar ittifaqı “Lufthansa”, “Lufthansa Cargo” və “Lufthansa Cityline” şirkətlərində 5000-dən bir qədər çox pilotun tətil keçirməsinə çağırıb. İlk iki şirkətin işçiləri pensiya artımı, sonuncuların işçiləri isə əmək haqqı artımını tələb edirlər. Tətilin cümə günü gecə yarısı başa çatması planlaşdırılır.
Seçilən
78
1
yeniavaz.com

2Mənbələr