AZ

ABŞ da sinaqoqda terror aktı törədildi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Qərbi Blumfild şəhərindəki “Temple İsrael” sinaqoqunda terror aktı baş verib. Naməlum bir şəxs əvvəl binaya maşınla çırpılıb, sonra isə içəridəki insanlara atəş açmağa başlayıb.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfər yaralanıb. Ölənlərin sayı hələlik dəqiqləşdirilməyib. Hücum zamanı yaranan yanğın səbəbindən binadan qalın tüstü yüksəlib.

Sinaqoqun ətrafı polis və FTB agentləri tərəfindən mühasirəyə alınıb və əməliyyat davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
3
axar.az

5Mənbələr