AZ

Kilian Mbappe “Siti” ilə cavab matçında oynaya bilər

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe özünü daha yaxşı hiss edir və 17 martda “Mançester Siti” ilə keçiriləcək Çempionlar Liqasının 1/8 finalının cavab oyunu üçün “Los Blancos”un heyətinə daxil edilə bilər.

Bu barədə Jurnalist Fabris Hokins “X” sosial media səhifəsində məlumat verir.

İdman.Biz xəbər verir ki, hücumçu diz zədəsi səbəbindən ilk oyunu (3:0) buraxıb.

Mənbənin məlumatına görə, Mbappe Fransa millisinin mart ayında keçirəcəyi yoldaşlıq oyunlarında da iştirak edə bilər. Hücumçu vəziyyətini təsdiqləmək və qarşıdakı oyunlara icazə almaq üçün tezliklə Madriddə testlərdən keçəcək.

İdman.Biz
Seçilən
62
1
idman.biz

2Mənbələr