AZ

Tramp: “İranın DÇ-2026-da iştirakını uyğun hesab etmirəm”

ABŞ prezidenti Donald Tramp sosial media səhifəsində İran milli komandasının bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirakının uyğunsuz olduğunu bildirən bir mesaj paylaşıb.

İdman.Biz bildirir ki, daha əvvəl İran Futbol Federasiyası millinin dünya çempionatında iştirakının düzgün olmadığını bəyan edib.

“İran milli komandası dünya çempionatına gələ bilər, amma mən bunun onların təhlükəsizliyi üçün uyğun olduğunu düşünmürəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”, - Tramp yazıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və bu əməliyyat İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndə ABŞ hərbi bazalarına və digər obyektlərinə zərbələr endirib.

İdman.Biz
Seçilən
46
idman.biz

1Mənbələr