AZ

Holandın agenti “Barselona”nın oyunçu ilə maraqlanması ilə bağlı şayiələrə cavab verib

“Mançester Siti”nin hücumçusu Erlinq Holandın agenti Rafaela Pimenta “Barselona”nın oyunçuya maraq göstərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Barselona” prezidentliyinə namizəd Viktor Font daha əvvəl Kataloniya klubunun “Siti”nin hücumçusu ilə onun rəhbərliyi altında müqavilə imzalaya biləcəyini irəli sürmüşdü.

“Mən tez-tez demişəm ki, “Barselona”ya böyük hörmət və heyranlıq bəsləyirik, amma potensial transferlə bağlı Erlinq Holand və ya “Barselona” rəhbərliyi ilə heç bir əlaqə olmayıb.

Bundan əlavə, oyunçu bir neçə ay əvvəl müqaviləsini yenilədiyindən bəri “Mançester Siti”də çox xoşbəxtdir. Onun üçün hər şey çox yaxşı gedir və “Mançester Siti”də hər şey çox yaxşı olduğu halda transfer barədə deyəcək bir sözümüz yoxdur”, - deyə Pimenta bildirib.

Holandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.

İdman.Biz
Seçilən
74
1
idman.biz

2Mənbələr