ABŞ-ın Qərbi Blumfild şəhərindəki “Temple İsrael” sinaqoqunda terror aktı baş verib. Naməlum bir şəxs əvvəl binaya maşınla çırpılıb, sonra isə içəridəki insanlara atəş açmağa başlayıb.
Xarici KİV-lərin məlumatına görə, hadisə nəticəsində ən azı 5 nəfər yaralanıb. Ölənlərin sayı hələlik dəqiqləşdirilməyib. Hücum zamanı yaranan yanğın səbəbindən binadan qalın tüstü yüksəlib.
Sinaqoqun ətrafı polis və FTB agentləri tərəfindən mühasirəyə alınıb. Məlum olub ki, hadisədən sonra silahlı şəxs təhlükəsizlik işçiləri tərəfindən öldürülüb.
Mətləb