AZ

ABŞ İrana qarşı əməliyyata görün nə qədər pul xərcləyib

Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara artıq təxminən 11 milyard dollar xərcləyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Sky News" telekanalına müsahibəsində bildirib.

Jurnalistin İrana qarşı döyüş əməliyyatları üçün elə bir xərc həddinin olub-olmadığı və müharibənin artıq "büdcəyə uyğun olmadığını" prezident Donald Trampa deyib-deməyəcəyi barədə sualına Bessent "qətiyyən yox" cavabını verib.

Bundan əvvəl "The New York Times" qəzeti Pentaqonun məlumatlarına istinadla yazıb ki, ABŞ hərbi əməliyyatın ilk həftəsində 6 milyard dollardan çox vəsait xərcləyib; nəşrin məlumatına görə, bu məbləğin 4 milyard dolları əsasən İran raketlərini zərərsizləşdirmək üçün istifadə olunan tutucu sistemlərin sursatlarına sərf edilib.

Seçilən
52
23
publika.az

10Mənbələr