AZ

İran millisindən Trampa cavab: Buna sən yox, FİFA qərar verəcək

İran millisi ABŞ prezidentinin sözlərinə cavab verib.

Publika.az xəbər verir ki, Donald Trump İran millisi ilə bağlı açıqlama verib. ABŞ prezidenti 2026-cı il dünya çempionatı və ABŞ-İran hərbi qarşıdurması fonunda İran yığmasının turnirdə iştirakını şərh edib.

Tramp sosial şəbəkədə yazıb ki, İran millisinin dünya çempionatında iştirakını görməkdən məmnun olsalar da, onların öz həyatları və təhlükəsizlikləri baxımından turnirdə olmalarının uyğun olmadığını düşünür.

Buna cavab olaraq İran millisinin rəsmi səhifəsində bəyanat yayımlanıb. Bildirilib ki, dünya çempionatından kənarlaşdırıla biləcək yeganə ölkə ABŞ ola bilər:

“Dünya çempionatı beynəlxalq miqyaslı tarixi hadisədir və onun idarəedici orqanı hər hansı ayrı bir şəxs və ya ölkə deyil, FİFA-dır. İran millisi öz gücü və İranın cəsur oğullarının qazandığı həlledici qələbələr sayəsində bu ən böyük turnirə vəsiqə qazanan ilk komandalardan biri olub. Şübhəsiz ki, heç kim İran millisinin dünya çempionatındakı iştirakını dayandıra bilməz. Kənarlaşdırıla biləcək yeganə ölkə yalnız ev sahibi adını daşıyan, lakin bu qlobal tədbirdə iştirak edən komandaların təhlükəsizliyini təmin edə bilməyən ölkədir”.

Seçilən
43
publika.az

1Mənbələr