AZ

Aİ-Azərbaycan əməkdaşlığının yeni şaxələri rəsmən göstərildi...



Abutalıb Səmədov: “Bu həm Azərbaycan, həm də Aİ üçün mühüm əhəmiyyətə malikdir”

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuata bəyanatında bütün istiqamətlər-enerji, bağlantılar, nəqliyyat, müdafiə, təhlükəsizlik, rəqəmsal tranformasiya, innovasiya, ticarət, investisiya, minatəmizləmə, təhsil, mədəniyyət, iqlim və sair sahələr əhatə edilib. Bəyannamənin məzmunu bir daha göstərir ki, Azərbaycanla Avropa İttifaqının (Aİ) əməkdaşlığı, tərəfdaşlığı yalnız enerji sahəsində bağlantıları əhatə etmir. Qeyd olunduğu kimi, bu eyni zamanda təhlükəsizlik, rəqəmsal tranformasiya, innovasiyaların tətbiqi, ticarət, investsiya, mintəmizləmə, bərpa olunan enerji mənbələrinin yaradılması və sair sahələrdən ibarət çox geniş və çoxşaxəli istiqamətləri əhatə edir.

Bu da o deməkdir ki, Aİ Azərbaycanla münasibətlərin qurulmasına, ona uzun müddətli dayanıqlı inkişaf edən bir proses verməkdə maraqlıdır. Yəni Aİ Azərbaycanla münasibətlərin, uzun müddətli dayanıqlı və sabit, eyni zamanda çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirir.

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Azərbaycanla Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səslənən bəyanatlar bir daha onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas tərəfdaşına çevrilməkdədir. “Məlumdur ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin təqribən 50 faizi Aİ ölkələrinin payına düşür. Bu rəqəm get-gedə artmaqdadır. Burada əsas istiqamət enerji sahəsində əməkdaşlıqdır, Azərbaycan Aİ-nin 16 ölkəsinə qaz verir və verilən qazın yaxın 2 ildə həcminin xeyli artacağı gözlənilir ki, bu Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Avropa üçün daşımalar sahəsində mühüm rol oynayan ölkə kimi maraqlıdır. Azərbaycandan keçən Orta Dəhlizin imkanlarının artırılması bu daşımaların həcminin də çoxalmasına təbiidir ki, şərait yaradacaq. Bu həm Azərbaycan, həm də Aİ üçün mühüm əhəmiyyətə malikdir”.

A.Səmədov vurğuladığına görə, Azərbaycan Aİ-yə üçün bərpa olunan enerji təchizatı üçün mühüm ölkədir və görüş zamanı da açıq şəkildə deyildi ki, Azərbaycanda günəş və külək enerjisindən bərpa olunan enerji almaq və bunu Avropanın enerji təminatına yönəltmək qarşıda duran mühüm məsələlərdən biridir. “Digər sahələr də təbiidir ki, bu qədər olmasa da həm Aİ, həm də Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ancaq bu sahələrdə əməkdaşlığı möhkəmləndirib, artırıb enerji, daşımalar sahəsində olan əməkdaşlıq səviyyəsinə qaldırmaq lazımdır. Bunun üçün də zamana ehtiyac var. Bir şey aydındır ki, Azərbaycan bölgənin lider dövləti kimi Aİ-nin ən mühüm layihələrində mühüm yer ayırdığı lider ölkələrdən biridir. Və bəzi dövlətləri qane etməsə də bu əməkdaşlıq günü-gündən inkişaf edəcək, artacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
19
baki-xeber.com

1Mənbələr