AZ

Əfqanıstan Pakistanın Kabilə zərbələrindən sonra qurbanlar olduğunu bildirdi

Pakistan "Kabildə dinc sakinlərin evləri" də daxil olmaqla zərbələr endirib, nəticədə dörd nəfər ölüb, 15 nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə AFP agentliyi yerli polisin X sosial şəbəkəsindəki bəyanatına istinadən məlumat verib.

Bundan əlavə, Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid Pakistanın Qəndəhar şəhərinə, Pakistanla həmsərhəd Paktia və Paktika əyalətlərinə, eləcə də bir sıra digər rayonlara zərbələr endirdiyini bildirib.

AFP-nin Pakistan təhlükəsizlik xidmətlərindəki mənbəsi martın 13-nə keçən gecə Əfqanıstana zərbələrin endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, hücumların hədəfi "Təhrik-e-Taliban Pakistan" (TTP) – Əfqanıstan "Talibanı" ilə sıx əlaqəsi olan Pakistan silahlı islamçı qruplaşmasının (Pakistan talibləri kimi də tanınır) üzvləri olub.

Almaz Həsənli

Seçilən
37
1
oxumeni.az

2Mənbələr