AZ

Son hadisələr quru sərhədlərin bağlı saxlanılmasının nə qədər zəruri olduğunu göstərir – Baş nazir

Bakı. Trend:

Bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artangərginlik və risklər fonunda Prezident İlham Əliyevin ardıcıl vəpraqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və millimaraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycanınsuverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təminolunmaqdadır.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatının müzakirəsi zamanı deyib.

Baş nazir xatırladıb ki, ötən həftə İran ərazisindənAzərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuzuçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib.

“Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti vəbeynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlhamƏliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqınınarxasında duran güclü liderdir.

Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın qurusərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı vəzəruri olduğunu göstərir, eyni zamanda Prezident İlham Əliyevinuzaqgörən və müdrik dövlətçilik siyasətinin növbətitəsdiqidir”.

Məqalədə:
Seçilən
50
13
az.trend.az

3Mənbələr