Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.
“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0). Yevlax klubu son iki oyunda uduzmayıb.
“Şamaxı” “Sumqayıt”ın qonağı olacaq. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə “gənclik şəhəri” təmsilçisi üstün olub – 2:1.
13 mart (cümə)
18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”
20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
14 mart (şənbə)
15:00. “İmişli” – “Sabah”
19:15. “Zirə” – “Qarabağ”
15 mart (bazar)
15:00. “Kəpəz” – “Turan Tovuz”
18:00. “Qəbələ” – “Neftçi”