AZ

Polşa MN: Yaxın Şərq münaqişəsi ABŞ-ın Avropa ölkələrinə silah təchizatı üçün risk yaradır

Yaxın Şərq münaqişəsinin eskalasiyası Amerikanın Avropa ölkələrinə silah təchizatına mənfi təsir göstərə bilər.

Herbiand.az xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ-la müttəfiq olan Körfəz ölkələri, o cümlədən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyt artıq xeyli miqdarda hava hücumundan müdafiə vasitələri xərcləyiblər. Bunlara əsasən ballistik hədəfləri və PUA-rı ələ keçirmək üçün hazırlanmış raketlər daxildir: “Bu ehtiyatların doldurulması, hava hücumundan müdafiə raketlərinin doldurulması uzun müddət çəkəcək. Və bu, həmçinin bizə və Avropadakı tərəfdaşlarımıza Amerika avadanlığının təchizatı üçün risk yaradır”.

Nazir həmçinin müqavilələrin gecikdirilməsi ehtimalını da qeyd edib: “Hazırda silah paylanmasında prioritet əsasən ABŞ Silahlı Qüvvələrinə, eləcə də Yaxın Şərqdəki münaqişədə birbaşa iştirak edən dövlətlərə verilir”.

Bu baxımdan, Polşa Müdafiə Nazirliyinin rəhbəri həm ABŞ-da, həm də Avropada silah istehsalının kəskin şəkildə artırılmasını müdafiə edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
20
herbiand.az

1Mənbələr