AZ

Tramp İranı hədələdi: “Görün bu gün onların başına nə gələcək”

ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib.

“Yeni Sabah”ın xəbərinə görə, o, “Truth” sosial media platformasında etdiyi paylaşımda bildirib ki, İran hakimiyyəti hər mənada tamamilə məhv edilib.

D.Tramp ABŞ mətbuatını tənqid edərək deyib: “Amma uğursuz “New York Times” qəzetini oxusanız, səhvən qalib gəlmədiyimizi düşünə bilərsiniz”.

Tramp yazıb ki, İranın donanması, hava qüvvələri, raketləri, dronları və hər şeyi məhv edilib, lideri öldürülüb:

 “Bizim misilsiz atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu gün bu dəli alçaqların başına nə gələcəyini görün. 47 ildir ki, onlar bütün dünyada günahsız insanları öldürürlər və indi mən, ABŞ-ın 47-ci prezidenti, onları öldürürəm. Bunu etmək necə də şərəfdir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
60
yenisabah.az

1Mənbələr