AZ

16 min şəhid ailəsi və müharibə əlili mənzillə  təmin edilib - Baş nazir

Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılmışdır.

Ölkə.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmiş, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilmişdir. 

"Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilmişdir. İnvestisiyanın 74,8%-i qeyri-neft-qaz sektoruna, 25,2%-i neft-qaz sektoruna yönəldilmişdir",-o qeyd edib.

Mürtəza

Seçilən
1
5
olke.az

6Mənbələr