AZ

Azərbaycanda POS-terminalların sayı 184 min ədədi ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 yanvar 2025-ci il tarixinə dövriyyədə olan POS-terminalların sayı 184.2 min ədədə bərabər olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 64.7 min ədəd və ya 54.1% artıb.

Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 53.8% artaraq 177.1 min ədəd təşkil edib.

Quraşdırılmış POS-terminalların 99%-i təmassız ödənişləri dəstəkləyir. 

Məlumata görə, ən çox POS-termial Bakı (114 689), Abşeron-Xızı (11 635) və Gəncə-Daşkəsən (7 857) iqtisadi ərazisinin payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
1
banco.az

2Mənbələr