AZ

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 milyard dollar və ya 20 % artaraq 85 milyard dolları keçib.

Kommersant.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hazırda strateji valyuta ehtiyatları təxminən 91 milyard dollardır: “Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 milyard dollar) 18 dəfəyədək üstələyir”.

Ə.Əsədov xatırladıb ki, 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub: “Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib.

Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 milyard manat (5.4 % çox), xərcləri isə 38,6 milyard manat (2.4% çox) icra olunub”.

Seçilən
32
7
kommersant.az

10Mənbələr