AZ

Xocalı şəhərinin baş plan layihəsi razılaşdırma mərhələsindədir

Ötən il Astara, Laçın, Qubadlı, Göytəpə, Qovlar, Liman, Xudat şəhərlərinin baş planları təsdiq edilib, Gəncə şəhərinin baş plan layihəsinin razılaşdırılması prosesi başa çatdırılıb.

APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Eyni zamanda, Xocalı şəhərinin baş plan layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırma prosesinə başlanılıb, Naxçıvan Muxtar Respublikasının ümumi planı, habelə Naxçıvan, Ordubad, Şahbuz, Babək, Culfa, Lənkəran, Ağdərə, Xankəndi və Xocavənd şəhərlərinin baş plan layihələrinin hazırlanması işi davam etdirilmiş, Şamaxı və Yevlax şəhərlərinin baş planlarının layihə işlərinin icrasına başlanılıb.

Hesabat dövründə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Kəlbəcər rayonu üzrə Çəpli, Dalqınlı, Nadirxanlı və Qılınclı, Laçın rayonu üzrə Qoşasu, Minkənd, Daşlı, Vəlibəyli və Hacıxanlı, Xocavənd rayonu üzrə Xocavənd, Qubadlı rayonu üzrə Ulaşlı, Zəngilan rayonu üzrə Yenikənd, Ağdam rayonu üzrə Qızıl Kəngərli, Cəbrayıl rayonu üzrə Böyük Mərcanlı, Çərəkən və Balyand kəndlərinin, həmçinin Zəngilan rayonu üzrə Ağbənd və Xankəndi şəhəri üzrə Kərkicahan qəsəbələrinin vahid şəhərsalma əsaslandırmaları hazırlanaraq təsdiq edilib.

Eyni zamanda, Komitəyə təqdim edilmiş 364 şəhərsalma əsaslandırması layihələrindən 2025-ci il ərzində 363, o cümlədən işğaldan azad edilmiş ərazilər üzrə 63 layihənin təsdiq olunması ilə bağlı Komitənin sərəncamları qəbul olunub.

Seçilən
21
apa.az

1Mənbələr