AZ

Mediasiya Şurası İsmayıllıda seminar keçirib




Mediasiya Şurasının təşkilatçılığı ilə İsmayıllı 1 saylı mediasiya təşkilatı tərəfindən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tələbələri ilə maarifləndirici görüş keçirilib.

Newscenter.az-ın xəbərinə görə, görüşün əsas məqsədi mediasiya institutunun mahiyyəti, tətbiq sahələri və cəmiyyət üçün əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq olub.

Tədbir zamanı İsmayıllı 1 saylı mediasiya təşkilatının direktoru Mehdi Hüryanov və mediator, İsmayıllı rayonu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu Kəmalə Əhmədova tərəfindən iştirakçılara mediasiyanın mübahisələrin alternativ həlli üsulu kimi rolu, onun hüquqi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Eyni zamanda mediator anlayışı, mediasiya prosesinin mahiyyəti və mediasiyanın vətəndaşlar üçün göstərilən xidmət kimi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin Kollecin şöbə müdiri Elmir Ağayev, tarix müəllimi Əli Baxışlı çıxış edərək mediasiya institutunun hüquqi maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Süleyman
Seçilən
0
1
newscenter.az

3Mənbələr