AZ

Ceyhun Bayramov və Tatyana Valovaya Azərbaycan-UNOG əməkdaşlığını müzakirə ediblər

Bakı. Trend:

13 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdəsəfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoruTatyana Valovaya ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlifistiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafəolunaraq, UNOG-un dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişmələri,iqtisadi inkişaf və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərinədəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyətgöstərdiyi, COP-29 və növbəti COP-larda fəal iştirakımız, bu ilölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlutədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cüSessiyasına (WHF-13) ev sahibliyi edəcəyi, Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitininkeçiriləcəyi, növbəti ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT)sədrliyik edəcəyimiz diqqətə çatdırılıb.

Xanım Valovayanın ölkəmizə səfərləri və bu səfərlər çərçivəsindəkeçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıbvə Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizindigər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçünyaratdığı şəraitə görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı, bölgədəki vəziyyət, Azərbaycan-Ermənistannormallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Bununlayanaşı, Yaxın Şərqdə hərbi eskalasiya barədə fikir mübadiləsiaparılıb.

Məqalədə:
Seçilən
76
21
az.trend.az

10Mənbələr