AZ

Bakıdakı universitetlər KÖÇÜRÜLƏCƏK - RƏSMİ

"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, bu məsələ barədə hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. 

Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbayca Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq./Bizim.Media

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
25
olaylar.az

10Mənbələr