AZ

Azərbaycanda tələbələrə əlavə təqaüd VERİLƏCƏK

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) "Su ehtiyatlarının idarə edilməsi" magistr proqramına qəbul olan bütün tələbələrə əlavə təqaüd veriləcək.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADNSU ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Dövlət Agentliyi magistr proqramında təhsil alan həmin tələbələrə verilməsi üçün ADNSU-ya ümumilikdə 18 min manat vəsait köçürüb.

"Təhsil təqaüdü" adlanan bu vəsait 2025-2026-cı tədris ili üçün elan edilən "Su ehtiyatlarının idarə edilməsi" magistr proqramına qəbul olan tələbələrə veriləcək.

Məlumata görə, UFAZ-da ilk dəfə ötən ilin setyabrından tədris olunan "Su ehtiyatlarının idarə olunması və mühafizəsi" ixtisası üzrə magistr pilləsində hazırda 9 tələbə təhsil alır.

Xatırladaq ki, Dövlət Agentliyi ilə ali təhsil müəssisəsi arasında bu əməkdaşlıq su ehtiyatlarının idarə olunması sahəsində kadr potensialının artırılması məqsədi daşıyır.

Milli.Az

Seçilən
18
5
milli.az

10Mənbələr