Avstraliya hökuməti pisləşən təhlükəsizlik vəziyyətini əsas gətirərək Livanda xidmət edən qeyri-vacib heyətə ölkəni tərk etmək barədə təlimat verib.
"Cebheinfo.az" xəbər verir ki, Avstraliyanın Xarici İşlər naziri Penni Vonq "X" sosial media platformasındakı paylaşımında:
"Pisləşən təhlükəsizlik vəziyyəti səbəbindən Xarici İşlər Nazirliyi Livanda xidmət edən qeyri-vacib heyətinə ölkəni tərk etmək göstərişi verib" ifadəsini işlədib.
Məhdud sayda personalın bölgədəki avstraliyalılar üçün konsulluq xidmətləri göstərmək məqsədilə ölkədə qalacağını qeyd edən Vonq, həmçinin vətəndaşlarına Livana səyahət etməmələri ilə bağlı çağırışını təkrarlayıb.