AZ

Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb

2025-ci ildə Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyalarda ən böyük paya sahib ölkələr məlum olub.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda məlumat verilib.

Hesabata əsasən, ötən il ölkədə əsas kapitala yönəldilmiş 21,2 mlrd. manat investisiyanın 19,8%-i və ya 4,2 mlrd. manatı xarici mənbələr hesabına formalaşıb. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala yönəldilən 4,0 mlrd. manat vəsaitin 96,3%-i Birləşmiş Krallıq, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat vəsait yönəldilib. Bunun 74,8%-i və ya 15,9 mlrd. manatı qeyri-neft-qaz sektoruna, 25,2%-i və ya 5,3 mlrd. manatı isə neft-qaz sektoruna yatırılıb. Əvvəlki illə müqayisədə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən ölkə iqtisadiyyatına yatırılmış vəsaitlərin həcmi 11,5%, o cümlədən bu sektorun sərmayədarları tərəfindən qeyri-neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi isə 11,1% artıb.

Seçilən
28
7
kommersant.az

8Mənbələr