Azərbaycanda peşəkar həkimlər işlə təmin olunmur.
News365.az xəbər verir ki, bunu deputat Azər Badamov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, müəyyən səbəblərə görə, qonşu ölkələrdən pənah gətirən və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır.
“Çünki ixtisas diplomları tanınması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə, klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyi bildirilir. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər”.
Azər Badamov təklif edib ki, həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahanla yoxlanılsın və diplomları tanınsın:
“Həmin həkimlərin ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmir və 8 il təhsil almış şəxsdən həkim işləməsi üçün yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların 2 il ordinatura təhsili var. Onlar rezidenturada 2 illik ordinatura proqramını təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta