AZ

Ceyhun Bayramov BMT nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-un dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişmələri, iqtisadi inkişaf və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, COP-29 və növbəti COP-larda fəal iştirakımız, bu il ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WHF-13) ev sahibliyi edəcəyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin keçiriləcəyi, növbəti ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyik edəcəyimiz diqqətə çatdırılıb.

Xanım Valovayanın ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı, bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, Yaxın Şərqdə hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
12
apa.az

10Mənbələr