AZ

Tərtərdə doğuş zamanı ana öldü, körpə xilas edildi - YENİLƏNDİ

"2007-ci il təvəllüdlü pasiyent 12.03.2026-cı il tarixində saat 17:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub".

Bu barədə Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
"Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib. Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib. Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib. Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq. Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir", - qeyd olunub.
***
12:02
Tərtərdə doğuş zamanı ana ölüb, körpə xilas edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Hacıqərvənd kənd sakini 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanada qəfil səhhəti pisləşən qadın vəfat edib.
Yeni doğulmuş oğlan uşağının həyatı xilas edilib.
Seçilən
35
16
yenilik.az

10Mənbələr