AZ

İranın hərbi bazaları belə bombalandı VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Tehran, Şiraz və Əhvazdakı bir sıra hərbi obyektlərə, o cümlədən ballistik raket istehsalı və saxlanması üzrə yeraltı anbara bir neçə mərhələdə aviazərbələr endirib.Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

 

Qeyd olunur ki, Şirazdakı yeraltı obyekt İran tərəfindən İsrailə doğru atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilib.

İsrail hərbçiləri Tehranda İranın hava hücumundan müdafiə (HHM) sisteminə məxsus bir neçə obyektə, "əsas bazaya", İranın müxtəlif silahların, o cümlədən HHM sistemləri və ballistik raket komponentlərinin istehsalı üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
bizim.media

4Mənbələr