AZ

Eden Azar Vinisiusun gələcəyindən narahatdır

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Futbol üzrə Belçika millisinin sabiq futbolçusu Eden Azar “Real Madrid”in futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı narahatlığını ifadə edib.

İdman.Biz xəbər verir ki, belçikalı keçmiş yarımmüdafiəçi braziliyalı futbolçunun üzərində böyük təzyiq olduğunu düşünür.

“Hazırda onun haqqında daha çox oyunu ilə yox, ətrafında baş verənlərlə bağlı danışırlar. Bu isə ona ciddi təzyiq göstərməlidir. Açığı, 30 yaşında karyerasını başa vurduğunu desə, buna təəccüblənmərəm”, - deyə E. Azar bildirib.

Məlumat üçün əlavə edək ki, E.Azar karyerasını 2023-cü ildə başa vurub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr