AZ

Nadinc uşağınız sizi ikiqat xərcə sala bilər Azərbaycanda yeni qanun

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Uşaqların hüquqlarının qorunması sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər edilib və valideyn və ya müəllimlərin uşaqlara qarşı fiziki zorakılığa görə 200 manatadək cərimə tətbiq edilə biləcəyi nəzərdə tutulub. Bu cür maliyyə sanksiyası həm cəza, həm də xəbərdarlıq funksiyasına malikdir, lakin uşaqların hüquqlarının tam qorunması üçün kifayət etməyə bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, bu, gözəl təklifdir, amma bir tərəfdən məsələnin mürəkkəbliyini də nəzərə almaq lazımdır. "Çox təəssüf ki, bu gün Azərbaycanda maarifləndirici işlər aparılmalıdır və bu, normal prosesdir. Amma burada başqa problem də var, uşaqların hüquqları həm valideynlər, həm də dövlət strukturları tərəfindən kifayət qədər qorunmur. Məsələn, sadə bir nümunə götürək. Əgər uşağın valideyni normal işlə təmin olunmayıbsa və uşağı dolandıra bilmirsə, bu halda uşağın hüququ pozulur. Uşaq normal qida ala bilmir, valideyn isə ünvanlı sosial yardımlar üçün müraciət edir, amma çox zaman qapılarda qalır, kömək ala bilmir. Eynilə son zamanlar üzə çıxan problem göstərir ki, məsələn, 18 yaşında əlilliyi olan şəxslərin qəyyumluq məsələsi üçün məhkəmə prosesi altı ay çəkir, komissiya prosedurları davam edir. Bu müddət ərzində həmin şəxsin pensiyası ödənilmir, sonradan pensiya verilə bilər, amma baxım pulu hələ də gecikir".Sosioloq bildirib ki, bu vəziyyət göstərir ki, uşağın normal tərbiyəsi üçün qanunların icra mexanizmi düzgün işləməlidir. "Məsələn, qanun qəbul edilsə ki, müəllim uşağı vurarsa, cərimə olunacaq, bu zaman müəllimin hüquqları da nəzərə alınmalıdır. Müəllimin insan hüququ, əmək hüququ var və bu həssas bir mexanizmdir. Əgər uşaq anlayacaq ki, müəllimi vurmaqla müəllim cərimə olunacaq, o zaman uşaq istədiyini edə bilər və məktəbdə nizam pozula bilər. Yəni məsələnin həlli tək tərəfə yönəlməməlidir. Həm uşağın, həm valideynin, həm də müəllimin hüquqları balanslı şəkildə qorunmalıdır. Mexanizm çox dəqiq işlənməlidir ki, hər kəsin hüquqları təmin edilsin və istismar halları qarşısı alınsın".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr