“Qadınların ictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzun illərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, milli mədəni dəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verəcək.” Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalı qadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəni əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxış edir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştirak etməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformaya çevirir. Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərə təqdim olunub. Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞA Holding-in, Niderland Krallığının və İspaniya Krallığının Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir. “Her Art in Action” festivalı haqqında ətraflı məlumatla https://herartinaction.com/ saytında tanış ola bilərsiniz. Reklam hüququnda




