AZ

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

Qafqaz və Mərkəzi Asiya regionu hazırda beynəlxalq əlaqələrdə daha aktiv rol oynayır və strateji tərəfdaş kimi qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili XIII Qlobal Bakı Forumunda “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” mövzulu paneldə çıxışında bildirib.

Eka Tkeşelaşvili qeyd edib ki, əvvəllər bu region böyük güclərin periferiya sahəsi, münaqişələrlə və iqtisadi çətinliklərlə üzləşən bir ərazi kimi qiymətləndirilirdi. Lakin bu gün Vaşinqton, Brüssel və digər böyük paytaxtlarda regionun sabitlik və iqtisadi inkişaf baxımından doğru yolda olduğu anlayışı formalaşıb.

O vurğulayıb ki, bu pozitiv inkişaf lokal liderliyin məqsədyönlü və strateji fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin regionu Xəzər və Qafqaz əraziləri ilə birləşdirməkdə rolu əvəzsizdir. Mərkəzi Asiya ölkələrinin liderliyini də nəzərə almaq lazımdır.

Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir. Qeyd edib ki, region artıq xarici güclərdən asılı deyil, strateji qərarları öz şərtləri ilə qəbul etmək qabiliyyətini gücləndirib və üzv ölkələr arasında dərinləşmiş strateji əməkdaşlıq sayəsində yeni “regional orta güc” nümunəsi ortaya çıxıb.

Seçilən
59
2
azerbaijan-news.az

3Mənbələr