AZ

2 500 dən çox məhkumun cəzası yüngülləşdirilib

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən il 2 500-dən çox məhkumun cəzası öz müraciətləri ilə yüngülləşdirilib.

Gununsesi.info-nun məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, məhkumların müraciət imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən cəzanın qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və ya şərti olaraq vaxtından əvvəl azad olunma ilə bağlı 12 mindən çox məhkumun müraciəti araşdırılıb.

Müraciətlərdən 5,3 mindən çoxuna müsbət rəy verilib. Nəticədə 2,5 mindən çox məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti azad olunub və ya cəzası yüngülləşdirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr