AZ

Lukaşenko konkret ölkə adları çəkdi: Oreşnik lə hədələdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko qonşu ölkələri “Oreşnik”lə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

O əvvəlcə bildirib ki, Minsk qonşu ölkələrə zərbə endirməyi planlaşdırmır. Lakin dərhal sonra belə bir imkanın mövcudluğuna da eyham vurub:

“Demirəm ki, sabah bu “Oreşnik”lə Vilnüsə, Varşavaya və ya Kiyevə zərbə endirəcəyik. Allah eləməsin. Bu, bizim vəzifəmiz deyil. Biz ölkəmizi qorumaq istəyirik.

Amma “Oreşnik” zərbə endirməsin deyə, siz də bizə toxunmayın. Əgər Ukrayna, Polşa, Litva və Latviya Belarusun işlərinə qarışmasa və ya ona qarşı addım atmasa, onda Belarus da “Oreşnik” raketlərindən istifadə etməyəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
globalinfo.az

1Mənbələr