AZ

İran diplomatları sığınacaq istəyirlər

ain.az, Modern.az saytına istinadən bildirir.

İran İslam Respublikasının Danimarka və Avstraliyadakı iki diplomatı sığınacaq üçün müraciət edib.

Modern.az xəbər verir ki, “Iran International”ın əldə etdiyi məlumata görə, İranın Kopenhagen şəhərindəki səfirliyinin diplomatı Əlirza Soxbati və ölkənin Kanberra şəhərindəki səfirliyində çalışan diplomat Məhəmməd Purnəcəf sığınacaq istəyiblər.

Məlumata əsasən, Purnəcəf daha əvvəl İranın Avstraliyadakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini də icra edib.

Son aylarda baş verən hərbi-siyasi gərginliklər fonunda İran diplomatlarının vəzifələrini tərk edərək kənar ölkələrdən sığınacaq istəməsi ilə bağlı digər hallar da qeydə alınıb.

Qeyd edək ki, İranın BMT-nin Cenevrədəki Avropa ofisində çalışan yüksək rütbəli diplomatı Əlirza Cirani Hökm-Abad iş yerini tərk edərək İsveçrədə sığınacaq üçün müraciət edib. Həmçinin İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qolamreza Derikvənd də vəzifəsindən ayrıldıqdan sonra İsveçrədən sığınacaq istəyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
modern.az

2Mənbələr