
ABŞ Prezidenti Donald Trump Nobel Sülh Mükafatının ona verilməsi mövzusunun artıq onu maraqlandırmadığını bildirib.
Amerikanın Washington Examiner nəşrinə müsahibəsində jurnalist Trampdan İranla müharibənin onun bu mükafatı qazanmaq şanslarını artırıb-artırmayacağını soruşub. ABŞ prezidenti suala cavabında bununla maraqlanmadığını deyib.
“Bilmirəm. Bu, məni maraqlandırmır”, – deyə Tramp bildirib.
Jurnalist həmçinin Yaxın Şərqdə yeni müharibə başladıqdan sonra bu mövzunun xarici liderlərlə danışıqlarda qaldırılıb-qaldırılmadığını soruşub. ABŞ prezidenti isə belə bir mövzunun müzakirə olunmadığını vurğulayıb: “Xeyr, mən Nobel mükafatı haqqında danışmıram”.
Xatırladaq ki, 2025-ci ildə Donald Tramp Nobel Sülh Mükafatına namizədliyinin dəstəklənməsi üçün fəal kampaniya aparmışdı. Lakin mükafatı ala bilmədikdən sonra ABŞ prezidenti artıq bu məsələ barədə düşünmək istəmədiyini bildirib.
2025-ci il üzrə Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri María Corina Machadoya təqdim olunub. O isə Nobel medalını Donald Trampa bağışlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta