AZ

Paşinyan Azərbaycanın tələbini yerinə yetirdiyini ANONS ETDİ

Ermənistanın hakim“Vətəndaş Müqaviləsi” Partiyası Müstəqillik Bəyannaməsinə istinad etmədən yeni Konstitusiyanın qəbul edilməsinin tərəfdarıdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşiyan özünün “Facebook” səhifəsində canlı yayımda çıxışı zamanı deyib. 

““Vətəndaş Müqaviləsi” Partiyası Müstəqillik Bəyannaməsinin yeni Konstitusiyada qeyd edilməməli olduğunu iddia edən yeganə qüvvədir. Niyə? 

Çünki Müstəqillik Bəyannaməsinin mətninin özü müstəqillik deyil, münaqişə bəyannaməsidir. Mən Baş nazir və partiya idarə heyətinin sədri kimi açıq şəkildə danışıram. Bizə bu yolla davam etmək lazım deyil”,-deyə o bildirib.

 Qeyd edək ki, 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirlməsinə dair 1989-cu il 1 dekabr tarixli qanunsuz qərara istinad edilir. 

1995-ci ildə Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsini konstititusiyanın preambulasına daxil edib. 

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün preambulanın ləğvini tələb edir. Mart ayı ərzində Ermənistan konstitusiyasının yeni mətninin dərc ediləcəyi gözlənilir. 

Əgər baş nazirin dediyi kimi, Müstəqillik Bəyannaməsinə istinad hissəsi mətndən çıxarılsa aprel ayında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. 

Seçilən
54
cebheinfo.az

1Mənbələr