Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.
Day.Az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransı zamanı bildirib.
Bununla belə Kuba liderinin sözlərinə görə, belə bir danışıqlar tərəflərin bərabərliyi və bir-birinin siyasi sisteminə hörmət prinsiplərinə əsaslanmalıdır.
Bundan əlavə, Migel Dias-Kanel ABŞ-nin Federal Təhqiqat Bürosunun (FBI) nümayəndələrini qəbul etməyə hazır olduqlarını da bəyan edib. Məqsəd ABŞ-yə məxsus silahlı katerin ölkənin ərazi sularına daxil olması ilə bağlı hadisəni araşdırmaqdır.