AZ

Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-dəTürkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlimdəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Trend bu barədəNazirlər Kabinetinə istinadən xəbər verir.

Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb,tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panelmüzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi,tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizəsahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ÜmumdünyaŞəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək OnÜçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.

Seçilən
17
24
az.trend.az

10Mənbələr