AZ

Levandovski İtaliya klubuna keçə bilər

"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" polşalı hücumçunu transfer etmək istəyir.

 

Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
4
day.az

5Mənbələr