AZ

Kimdir günahkar: POLİS YOXSA, PARLAMENT?

Ölkədə sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan polisinin xüsusi rolu danılmazdır. 

NOCOMMENT.az xəbər verir ki, Bakının Londondan, Parisdən, Romadan, Brüselldən daha təhlükəsiz şəhər olması da aparılan araşdırmalarda öz təsdqini tapıb.

Amma bunlara baxmayaraq cəmiyyətdə bəzən polisə qarşı aqressiv münasibətin də şahidi oluruq. 

Buna bir səbəb kimi cəmiyyətin aktiv kəsiminin – jurnalistlərin, ictimai fəalların barəsindəki cinayət işləri göstərilə bilər.

Amma buna səbəb doğuran əsas amil son zamanlar inzibati cərimələrin kəskin artmasıdır.

Məsələn, yollarda lüzumsuz bir qadağanedici nişan qoyulur və sürücüyə bu qaydanı pozmasına görə cərimə gəlir. 

Həmin sürücü buna görə polisə yüklənir.

Yaxud, əlindəki siqaret kötüyünü bilərək yaxud da bilmədən yerə atan vətəndaş cərimələnir. Bu cəriməyə görə polis onun qəlbində düşmənə çevrilir.

Ancaq məsələnin mahiyyətinə varanda burada polisin hədəf alınmasının yanlış olduğunu demək lazımdır.

Cəmiyyətdə bu narazılığı yaradan, vətəndaşın dövlətə, onun polisinə inamını öldürən isə ölkənin ikinci hakimiyyəti olan Milli Məclisdir.

Təəssüflər olsun ki, Azərbaycan parlamenti son zamanlar daha çox cərimə qanunları yaratmaqla gündəmə gəlir.

Bu gün deputatlardan heç kəs Milli Məclisdə cərimələrin artırılması, yeni cərimə növlərinin tətbiqinə etiraz etmir.

Burada günah keçisini Milli Məclisdə axtarmaq lazımdır.

Artıq iki gündür ki, Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzalarından danışılır.

Bununla bağlı qanunvericiliyə təklif olunan layihə Milli Məclisdə olsa da hamı sosial şəbəkələrdə polislərin fotosunu qoyub ittiham edir.

İctimai qınaq vacibdir. Bu olmalıdırsa, əsas hədəf üçün olmalıdır…

Pərviz Həşimli

Seçilən
49
nocomment.az

1Mənbələr