AZ

​Müharibəni İran başlatmayıb və davam etdirmək istəmir -

Müharibəni İran başlatmayıb və davam etdirmək istəmir. Metbuat.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian belə açıqlama verib. İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian və Hindistanın Baş naziri Narendra Modi telefonla regiondakı son hadisələri müzakirə ediblər. Pezeşkian bildirib ki, İran müharibə etmək istəmir, lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb. İranın regionda təhlükəsizlik yaratmaq istəmədiyini ifadə edən Pezeşkian BRICS-in regional sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında fəal rol oynadığını vurğulayıb.

Hindistanın Baş naziri Modi münaqişənin gərginləşməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib.

Seçilən
41
metbuat.az

1Mənbələr