AZ

Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı

Bəhreyndən İrana ballistik raket atılıb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

"The New York Times tərəfindən təsdiqlənmiş videoda Bəhreyndən İrana doğru ballistik raket atışları görünür. Bu, müharibənin başlanğıcından bəri Fars körfəzi ölkəsindən İslam Respublikasına ilk təsdiqlənmiş hücum kimi görünür", - deyə bildirilib.

Məqalədə qeyd olunur ki, atışın hansı ölkənin - ABŞ və ya Bəhreynin təşəbbüsü olduğu bəlli deyil. Mütəxəssislər ən azı bir raketin ABŞ-ın M142 HIMARS raket sistemindən atıldığını aydınlaşdırıblar.

Seçilən
70
38
publika.az

10Mənbələr