AZ

Finalissimanın iki oyundan ibarət olması təklif edilir - TNT Sports

Argentina milli komandası Finalissimanı iki oyunda keçirməyi düşünür: birincisi Real Madridin Santyaqo Bernabeu stadionunda, ikincisi isə Buenos Ayresdəki Estadio Monumental stadionunda keçirilə bilər.

İdman.Biz bu barədə “TNT Sports Argentina”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 27 martda keçirilməsi planlaşdırılan Finalissimanın yeri hələ də qeyri-müəyyəndir. Lissabon və Londondakı stadionlar potensial məkanlar hesab olunur.

Oyunun əvvəlcə 27 martda Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılırdı. Lakin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bu, ehtimal olunmur.

İdman.Biz
Seçilən
91
2
idman.biz

3Mənbələr