AZ

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

Azərbaycan xalqının ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə  əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. 

O, təkcə baharın gəlişi deyil, eyni zamanda yeni günün başlanğıcı hesab olunur. Odur ki, belə bir dövrdə insanlar həyət-bacasında təmizlik işləri görür, müxtəlif şirniyyatlar bişirməklə bayramı xoş ovqatla qarşılayırlar. 

Belə bir gündə biz ağstafalılar da bayrama geniş hazırlıq işləri görür, keçirilən iməciliklərdə fəal iştirak edərək təmizlik və abadlıq işlərində əlimizdən gələni əsirgəmirik. Növbəti iməcilikdə də rayonda xeyli iş gördük. Ərazidə yaşıllaşdırma işləri apararaq 600-ə yaxın sərv ağacı əkdik. Bundan başqa, əvvəllər əkilmiş ağaclara qulluq etdik, onları suvardıq. 

Hörmətli redaksiya! Biz yaxşı bilirik ki, həyata keçirdiyimiz bütün bu işlər doğma rayonumuzun abadlığına, təmizliyinə, yaşıllığına xidmət edir. Odur ki, heç kim belə tədbirlərdən kənarda qalmır.  

Alim MURADOV,

Ağstafa şəhər sakini

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr