AZ

İran ordusu ABŞ-yə aid tankeri vurub - KİV

Bakı. Trend:

İran hərbçiləri Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərininsahilləri yaxınlığında ABŞ tankerinə zərbə endiriblər.

Trend xəbər verirki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bundan əvvəl İran silahlı qüvvələri martın 12-də İraqsahillərində iki tankerə zərbələr endirmişdilər.

KİV yazır ki, İran artıq Hörmüz körfəzində minalarınquraşdırılmasına başlayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
33
13
az.trend.az

10Mənbələr