AZ

“Xalq artistinə yaraşdırmadım, bu sahə monopoliya olaraq qalmasın”-qavaldaşı sındırılan sənətçidən AÇIQLAMA+ÖZƏL+FOTO

Xəbər verdiyimiz kimi Xalq artisti Natiq Şirinov ilə onun ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.

Moderator.az xəbər verir ki, məhkəmənin qərarı ilə “Qavaldaş nağara” ideyası və əsərinin Natiq Şirinova məxsus olduğu təsdiqlənib və maket məhv edilib.

Moderator.az-a açıqlama verən Ramil Cahangirov bildirib ki, bu hadisəyə təəssüf edir:

“Məndə olan “Qavaldaş nağara” maketi məhkəmənin qərarına əsasən sındırılıb. Bu bizim milli qoruğumuzun maketidir. İstəməzdim ki, belə bir hal yaşansın. Amma təəssüf ki, tələb belə idi. Amma buna baxmayaraq mən yenə öz sənətimlə məşğulam və milli dəyərlərimizi saxlayaraq yeni layihələr və yeni kompozisiyalar üzərində çalışıram. Mən istərdim ki, bu sahə monopoliya olaraq yox, əksinə yaradıcı insanlar və gənclərin öz bacarığını nümayiş etdirən bir sənət olaraq  qalsın” deyə Ramil bildirib.

Ramil Cahangirov bildirib ki, qavaldaş maketinin məhv edilməsi musiqimizə, dövlət qoruğumuza zərbədir:

“Onsuz da mən “Qavaldaş nağara” maketini qadağa olduğu üçün istifadə etməyəcəkdim. Amma bu maketin sındırılmağını məhkəmədən tələb etməyi incəsənətimizi təbliğ edən bir xalq artistinə yaraşdırmadım. Sadəcə bir daha ifa etməməyə qadağa qoyulsaydı, məhkəməyə hörmət əlaməti olaraq hardasa mənə təsir etməzdi. Amma sındırıb o aləti zibil çöpünə atmaq məncə çox qlobal bir məsələdir” deyə o bildirib.

Seçilən
59
1
moderator.az

2Mənbələr