AZ

İranın Xarq adasındakı neft terminalına zərər dəyməyib

ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın Xarq adasındakı neft obyektlərinə hər hansı zərər dəyməyib.

Bu barədə İran mediası mənbələrə istinadən məlumat yayıb.

Mənbələr adada 15-dən çox partlayış baş verdiyini bildirib. Partlayışların şiddətinə baxmayaraq, adada neft infrastrukturunun zədələnmədiyi vurğulanıb.

İtkilər və ya digər zərər barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Körfəzdə Buşehr vilayətindən təxminən 57 km məsafədə yerləşən Xarq adası İranın ən böyük neft terminalıdır. Belə ki, xam neft ixracatının təxminən 90–95%-ni təmin edən Xarq adası İranın neft gəlirlərinin əsasını təşkil edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin İranın Xarq adasında yerləşən hərbi obyektlərə güclü zərbə endirdiyini açıqlayıb.

AzPost.az

Seçilən
28
15
azpost.info

10Mənbələr