Rusiyanın Kiyev bölgəsinə hücumu nəticəsində dörd nəfər ölüb, 10 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilir ki, insident gecə saatlarında baş verib.
“Hadisə yerində patrul polisinin reaksiya qrupları, istintaq və əməliyyat qrupları, Kiyev vilayəti polisinin partlayıcı maddələr üzrə mütəxəssisləri, eləcə də xilasedicilər və tibb işçiləri işləyir”, – Polisin yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında müharibə 24.02.2022-ci ildə başlayıb və hələ də davam edir.

